Vatsap növbəti funksiyasını təqdim etməyə hazırlaşır.

"Unikal" xəbər verir ki, yaxın vaxtlarda internet olmadan foto, video, sənəd və digər fayllar göndərmək mümkün olacaq.

Bunun üçün isə istifadəçilərin cihazlarının bir-birini aşkar etməsi üçün yaxınlıqda olması lazımdır.

Parametrlərdə müvafiq bölməyə keçərək istənilən vaxt funksiyanı söndürmək də mümkün olacaq.