Hesablamalar onu göstərir ki, bizim neytral uçot faiz dərəcəmiz 6-7 faiz aralığındadır. Həmin məntiqlə getsək görərik ki, biz hələ sərt pul siyasəti həyata keçiririk çünki, ölkədə uçot faiz dərəcəsi 7.25% dir.

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib. O bildirib ki, hal hazırda pul siyasətimizi yumşalma, neytrallaşdırma istiqamətində planlaşdırırıq.

"Qlobal və xarici iqtisadiyyatlatda kəskin dəyişmələr olmasa, faiz dəhlizinin parametrlərinin dəyişməsinin saxlanmasını nəzərdə tuturuq" - deyə Taleh Kazımov əlavə edib.