"Mərkəzi Bankın uçot dərəcəsini azaltması (7.5%-dən 7.25%-ə) inflyasiya göstəricilərinə ciddi təsir etməyəcək".

"Unikal" xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, mərkəzi bankların pul siyasətinə dair verdiyi qərarların real iqtisadiyyata, o cümlədən inflyasiyaya təsiri müxtəlif transmissiya kanalları vasitəsi baş verir:

"Azərbaycan bu kanalların inflyasiyaya təsir edən seqmenti işləmədiyi üçün uçot dərəcəsinə dair qərarlar inflyasiyaya təsir etmir. Bir məsələni də qeyd edək ki, uçot dərəcəsinin azaldılması təkcə inflyasiyaya deyil, həm də banklararası bazara və qiymətli kağızlar bazarına təsir edir. Azərbaycanda məhz  AMB-nin bu qərarı hər iki bazarın - banklararası və qiymətli kağızlar bazarının idarə edilməsində rol oynayır".