"Azərbaycan vətəndaşlarının xərclərinin təxminən yarısı - 51 faizi ərzaq məhsullarının alınması üçün istifadə olunur. Buna ənənəvi səbəblərlə yanaşı həm də istehlak bazarında ərzaq məhsullarının qiymətlərinin də təsirləri var".

Bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, 2022-2023-cü illərdə müşahidə edilən inflyasiya ərzaq məhsullarının qiymətlərinin artmasına gətirib çıxardı:

"Bu da ərzaq məhsullarının pərakəndə ticarətdə payının xərcləmələr olaraq artmasına səbəb oldu. Ərzaq məhsullarına daha çox vəsaitin ayrılması yığım imkanlarını məhdudlaşdırır. Bu, təhsil, innovativ və digər istiqamətlərə  vəsaitin ayrılmasına imkan yaratmır. Ona görə də ərzaq məhsullarının qiymətlərinin optimallaşma olarsa, bu zaman ərzaq xərclərinin ümumi istehlakda payının azalmasını müşahidə edə bilərik. Hələlik vətəndaşlarımızın xərclədiyi hər 10 manatın 5 manatı ərzaq məhsullarının alınması üçün istifadə olunur".

Anar Kəlbiyev