Argentinanın xarici işlər naziri Diana Mondino deyib ki, Çin qoşunlarının ölkədə olub-olmadığını müəyyən etmək mümkün deyil, çünki “onlar çinlidir, hamısı eynidir”.

"Unikal" xəbər verir ki, o bu barədə "El Clarín"ə müsahibəsində danışıb.

O qeyd edib ki, Neuken şəhərində Argentinanın Pataqoniyasındakı Çin radar bazasında çinli hərbçilərin olmasını müəyyən etmək mümkün olmayıb.

“Təhqiqatlarda iştirak edənlər orada hərbçilərin olduğunu müəyyən etməyiblər. Onlar çinlidir, hamısı eynidir”, - deyə Mondino bildirib.

Daha sonra nazir sözlərinə izah verməyə məcbur olub.

“Mən heyətin sivil xarakterini və uniforma çatışmazlığını vurğuladım. Argentinalıların da hamısı eyni idi ", - deyə Mondino səhvini düzəltməyə çalışıb.

Nuranə Abbasova