ABŞ və Rusiya kosmos məsələlərində mümkün qədər əməkdaşlıq etməlidir.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin silahlara nəzarət üzrə köməkçisi Mallory Stewart bildirib.

"Əməkdaşlığı mümkün qədər davam etdirmək vacibdir" deyən Stüart Beynəlxalq Strateji Araşdırmalar Mərkəzində Rusiya Federasiyasının kosmosa silah yerləşdirə biləcəyi barədə Amerika tərəfinin daha əvvəl səsləndirdiyi məlumatla bağlı tədbirdə qeyd edib.