Türkiyəli aktyor Çağatay Ulusoyun baş rolunu canlandırdığı "Gaddar" serialına yeni aktrisa daxil olacaq.

"Unikal"  Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Ece Özdikici rol alacaq.

O, layihədə "Teyze" ləqəbli obraza həyat verəcək. Qeyd edək ki, serial "Now" kanalında yayımlanır.