"Olimpiakos"un futbolçusu Ayub El Kaabi Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.

"Unikal" xəbər verir ki, o, UEFA-nın saytında keçirilən səsvermədə 1-ci olub. Mərakeşli hücumçu sorğuda Nzolanı ("Fiorentina") qabaqlayıb.

Qeyd edək ki, El Kaavi Konfrans Liqasının yarımfinalında "Aston Villa"ya 4:2 hesabı ilə qalib gəldikləri matçda 3 qol vurub.