Qubadlı rayonu ərazisində sümük fraqmenti aşkar edilib.

Baş Prokurorluqdan "Unikal"a bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyünün aşkar edilməsi faktı üzrə Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.

***

12:59

Mayın 5-də işğaldan azad olunmuş Ağdərə rayonu, Suqovuşan qəsəbəsi ərazisində yeni binaların tikintisi ilə əlaqədar qazma işləri aparılan zaman insana məxsus olması ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

"Unikal" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, fakt üzrə Tərtər rayon prokurorluğunda araşdırma aparılır.