İngiltərə Müdafiə Nazirliyinə kiber hücum edilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə Müdafiə Nazirliyi kiber hücuma məruz qalıb. Nazirliyə aid bir sistemin hədəf alındığı hücumda hərbçilərin şəxsi məlumatlarının ələ keçirildiyi bildirilib.

Britaniyanın "Sky News" televiziyası kiberhücumun arxasında Çinin olduğunu iddia edib.

Hadisədən sonra Müdafiə Nazirliyi dərhal tədbir görüb və araşdırmalar davam edərkən sistem sıradan çıxarılıb. Əldə edilən məlumatların nə üçün istifadə oluna biləcəyi isə məlum deyil.

Zərifə Nağıyeva