Mədə yanması bir çox insanın yaşadığı narahatlıqdır. Xüsusilə turşuluğu çox olan qidalar, sitrus meyvələri və çox yağlı yeməklər bu vəziyyəti yaşamağınıza səbəb olur. Bununla belə, müəyyən qidaları qəbul etməklə mədə yanmasını aradan qaldırmaq mümkündür.

"Unikal" həmin qidaların siyahısını təqdim edir:

1. Saqqız
Orta miqdarda saqqız çeynəmək mədə yanması əlamətlərini aradan qaldıra bilər. Saqqız çeynədiyiniz zaman ağzınızdan çıxan tüpürcəyi artırırsınız. Tüpürcək, mədənizi boğazınıza bağlayan boru olan yemək borusundakı mədə turşusuna qarşı işləyir.

2. Sağlam yağ
Araşdırmalara görə, sağlam yağlar mədə yanması əlamətlərini azaltmağa kömək edir. Beləliklə, avokado, zeytun, qarğıdalı yağı, günəbaxan tumları, qoz, qızılbalıq, skumbriya və alabalıq kimi qidaları istehlak edə bilərsiniz.

3. Bal
Bal yemək mədənin astarını və yemək borusunu örtməyə kömək edir. Beləliklə, bu örtük yemək və şirələrin yemək borusuna getməsinin qarşısını alaraq mədə yanmasına mane olur.

4. Az yağlı süd məhsulları
İnsanlar az yağlı yeməklər istehlak etməklə daha az mədə qıcqırması hiss edə bilərlər. Bu səbəblə yağ qəbulunu azaltmaq üçün az yağlı süd məhsullarına üstünlük vermək daha yaxşı olar.

5. Turşuluğu olmayan meyvələr
Sitrus meyvələri turşuluğu çox olan meyvələrdir və daha çox mədə yanmasına səbəb olur. Buna görə də mədə qıcqırması olan şəxslərin alma, banan, üzüm, qovun, qarpız, armud kimi meyvələrə üstünlük verməsi məsləhət görülür.

6. Quş əti
Araşdırmalara görə, mədə yanması yaşayanlar, toyuq, hinduşka və ya balıq kimi daha az yağlı ətə üstünlük verməlidirlər.

7. Tərəvəz
Tərəvəzlərin mədə yanması simptomlarını azaltmağa kömək etdiyi məlumdur. Yağ və turşu miqdarı az olan bəzi tərəvəzləri istehlak etmək mədə qıcqırması problemlemini azalda bilər. Bunlara brokoli, gül kələm, kələm, ispanaq, yerkökü, zəncəfil, yaşıl lobya və kartof aiddir.

8. Dənli bitkilər
Tam taxıllı qidalar yaxşı lif mənbəyidir ki, lif də mədə yanması simptomlarını azaltmaqda mühüm rol oynayır. Liflə zəngin qidalar yeyən insanların daha yaxşı həzm etdiklərini və daha az mədə yanması simptomları yaşadıqları məlum olmuşdur.

Zərifə Nağıyeva