Almaniyadan dəvət olunmuş peşəkar ortoped-travmatoloq, professor Hans-Peter Geiselhart Diaqnoz Tibb Mərkəzində ödənişsiz pasiyent qəbulu həyata keçirir.

Diaqnoz Tibb Mərkəzindən "Unikal"a verilən məlumata görə, professor Hans-Peter Geiselhart Almaniya Federativ Respublikası Höküməti tərəfindən maliyyələşən SES proqramı çərçivəsində 24 may tarixinədək pasiyentləri qəbul edəcək.
 
Həkimin icra etdiyi xidmətlər aşağıdakılardır:

Uşaqlarda anadangəlmə bud-çanaq çıxıqları;

Onurğa sütununun skolioz və kifoz xəstəliklərinin müayinə və müalicəsi;

Diz, bud-çanaq, çiyin oynaqlarının endoprotezləşməsi;

Serebral iflic;

Əyri pəncəlik;

Halluks valqus deformasiyası;

Artroskopik əməliyyatlar;

Hər növ travmatoloji müayinələr və s.
 
Həkim qəbuluna öncədən yazılmaq mütləqdir!
 
Mobil: (+994 55) 754 43 03
 
Çağrı mərkəzi: 904
 
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 38C