Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayətə Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirləndirilən Əhmədov Elgiz Fariz oğlunun məhkəmə prosesi davam etdirilib.

"Unikal"ın məlumatına görə, zərərçəkən ifadəsində bildirib:

"Qızım zəng elədi ki, evə oğru girib. Dedim bax gör, seyf yerindədir? Qızım Leyla baxdı dedi ki, seyf yerindədir, amma içindəki qızıllar yerində yoxdur. Mən dərhal 102 xidmətinə zəng elədim. Polislər gəldi, məlum oldu ki, Elgiz qızıma hədə-qorxu gələrək evdə olan qızılları, pulları ondan istəyib. Deyin ki, verməsən, sənin məndə biabırçı şəkillərin var, onları sosial şəbəkələrdə yayıb səni biabır edəcəm. 3000 min ABŞ dolları, 1500 manatda pul olub kitabın arasında,15 min dolları isə qızım saxlaya bilib. Qızım sosial şəbəkələrə mənim telefonumla girib. İlk dəfə Elgiz qızımın sırğasını sonra isə 1000 manat alıb".

Məhkəmə prosesi iyun ayının 4-ə kimi təxirə salınıb.

Azər İsrafilov