Yaxın saatlarda İsrailin orta rütbəli rəsmilərindən ibarət nümayəndə heyəti Qahirəyə yola düşəcək və orada Fələstinin radikal HƏMAS hərəkatının nümayəndələri ilə görüşəcək.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb. 

Yəhudi dövlətinin Misirdəki nümayəndələri hərəkatın ilkin danışıqlar zamanı İsrail tərəfindən formalaşdırılan yeni atəşkəs şərtləri ilə razılaşmağa hazır olduğunu qiymətləndirməlidir. Görüş müsbət nəticə verərsə, İsrail yüksək səviyyəli nümayəndə heyəti göndərmək niyyətindədir. 

Eyni zamanda, Fələstin tərəfinin irəli sürdüyü atəşkəs şərtləri yəhudi dövləti tərəfindən hazırkı formada qəbuledilməz hesab edilib.

Ağarza Elçinoğlu