Qırğızıstan və Tacikistan sərhədində atışma olub.

"Unikal" xəbər verir ki, bu barədə Qırğızıstan sərhəd xidmətinin mətbuat mərkəzi məlumat yayıb. 

Ak-Bosoqo kəndi yaxınlığında Tacikistandan gələn maldarlar qırğız sərhədçilərin ərazini tərk etmək tələblərinə məhəl qoymayıblar. Buna cavab olaraq kişilər qırğız əsgərlərinə daş atıblar.

Qırğızıstan Respublikasının sərhədçiləri səmaya xəbərdarlıq atəşi açan zaman çobanlar Tacikistan ərazisinə qaçıblar.

Qırğızıstan sərhədçiləri arasında itki yoxdur. Bir Tacikistan vətəndaşı ayağından xəsarət alıb.