Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, qəza Zərdab-Mollakənd yolunda - Şəftəhal kəndi istiqamətində olub. 

İlkin məlumata görə, avtomobilin qarşısına iribuynuzlu heyvan çıxıb, qəzadan yayınmaq istəyən sürücü idarəetməni itirib və avtomobil yaxınlıqdakı dirəyə çırpılıb.

Zərbənin təsirindən avtomobil yararsız vəziyyətə düşüb.

"Unikal"ın əldə etdiyi məlumata görə, ölən şəxs 1991-ci il təvəllüdlü Ağcabədi rayon Avşar kənd sakini  Paşayev Xəyal Rəhman oğludur. 

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov